22.07.2020 [10:21] - Gündəm, Hərb
Bu gün Vaşinqton küçələrində Azərbaycan bayrağı dalğalanırdı. Üç rəngli bayrağımızı dalğalandıranlar isə Nyu-York və Boston ətrafında yaşayan 200-dən artıq soydaşımız idi.Ermənistan ordusu cəbhənin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərini və dinc əhalini atəşə tutması uzaq Amerikada da azərbaycanlıların etirazına səbəb olub. Cəbhədə baş verən hadisələrdən sonra təkcə bu paytaxtda Azərbaycanlıların üçüncü etirazıdır. Bunadək Amerikanın digər ştatlarında da Azərbaycan icması Ermənistanın terrorçu siyasətini psləyən addımlar atıblar.Xatırladaq ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimov da daxil olmaqla zabit və əsgərlərimiz həlak olmuş, mülki vətəndaşlar arasında da itkilərimiz olmuşdu. Vaşinqtona gələn bu insanlar əllərində Azərbaycan bayrağı, general Polad Həşimovun şəkilləri və Ermınistanın terrorçu dövlət olduğunu əks etdirən plakatlarla əvvəlcə konqres ətrafında və mərkəzi küçələrdə yürüş etdilər.
Daha sonra yürüş iştirakçıları Ermənistanın Vaşinqton səfirliyi önündə toplanıb etirazlarını bildirdilər.Ermənistanın terrorçu və təxribatçı dövlət olduğunu deyən soydaşlarımız “Qarabağ Azərbaycanındır” “Ermənistan mülki insanların və uşaqların qatilidir” “Biz hamımız Poladıq” “Ermənistan Azərbaycan torpaqlarından rədd ol” şüarları səsləndirdilər. Daha sonra bəyanat verdilər.
İnterşum.
Kanadada yaşayan azərbaycanlılar da bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.
İnterşum.
Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib. Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.

Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |