Şrift:
Şəkidə sərt karantin rejiminin tələblərini pozaraq məclis təşkil edənlər cərimələniblər
22.07.2020 [11:12] - Gündəm, Hüquq
Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejiminin tələblərini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Polis əməkdaşları məclisin keçirilməsinin və insanların bir yerə toplaşmalarının qarşısını alıblar. Həmin şəxslərə karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onların hər biri 200 manat məbləğində cərimələnib.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed