Şrift:
Lerik rayon sakininin meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı araşdırmalar aparılır
22.07.2020 [11:13] - Gündəm, Hüquq
İyulun 21-də saat 14 radələrində Lerik rayonunun Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Lerik Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyənləşdirilib.

Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed