Şrift:
Xəzər dənizində dalğanın hündürlüyü 5.3 metrə çatıb
22.07.2020 [11:52] - Gündəm, Bildiriş
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Xidmətdən bildiriblər ki, düşən yağışın miqdarı Daşkəsəndə 40 (aylıq normanın 68 faizi), Şahdağda 22, Gədəbəydə 19, Sarıbaş (Şəki), Xınalıqda 15, Qrızda 14, Qusarda 13 (aylıq normanın 44 faizi), Tovuzda 13 (aylıq normanın 41 faizi), Balakəndə 10, Xaçmaz, Qubada 9, Gəncədə 8 (aylıq normanın 34 faizi), Şəmkirdə 8 (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8, Mingəçevirdə 7 (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5, Şəkidə 4, Zaqatalada 3, Şamaxıda 2, Naftalan, Şabran, Xaltanda 1 millimetr olub.

Şimal-qərb küləyi əsəcək, arabir Neftçalada saniyədə 32, Gəncə, Naftalanda 30, Ələtdə 24, Bərdə, Daşkəsəndə 23, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20, Mingəçevirdə 19, Şəmkirdə 17, Şabran, Qubada 16, Yevlaxda 15, Abşeron yarımadasında 15-20, arabir 25-28 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.3 metrə çatıb.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed