22.07.2020 [11:55] - Gündəm, Sağlıq
Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib. Portalın ölkə ictimaiyyətinə məhz iyulun 22-də təqdim olunması heç də təsadüfi deyil. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 145 il ötür. “aztibb.az” portalı ölkə mətbuatının bir parçası kimi, özündə tibb sahəsinə aid ən son yenilikləri ehtiva edir.
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən bildiriblər ki, oxucular “aztibb.az” portalında ölkəmizdə və dünyada səhiyyə sahəsində baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda tibdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dair yeniliklər də yer alacaq. Həmçinin oxucuların sağlamlıq mövzusunda maarifləndirilməsi məsələsinə geniş yer veriləcək: xalq təbabətinə dair maraqlı məlumatlar, dünya mediasında dərc olunan tibbi informasiya və faydalı məlumatlar saytda əksini tapacaq.
İstifadəçilər bu saytda ölkənin müxtəlif rayon və şəhərlərində mövcud olan özəl və dövlət tibb müəssisələri ilə bağlı yeniliklər, eləcə də orada fəaliyyət göstərən həkimlərin fəaliyyəti ilə tanış ola biləcəklər.
“aztibb.az”da, həmçinin ölkənin ən tanınmış, peşəkar həkimləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi aksiya və kampaniyalar haqqında məlumatlar, eləcə də tələbələr üçün tibbi dərsliklər yer alacaq.
Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |