Şrift:
İsrail yenidən Suriyada İranın mövqelərinə raket zərbələri endirib
22.07.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriyanın Dövlət Televiziyasının yaydığı məlumatda iddia edilir ki, Qolan təpələrindən atılmış raketlərdən bəzilərini bu ölkənin hava hücumundan müdafiə sistemləri zərərsizləşdirə bilib.


Lakin Suriya müxalifləri bildirilər ki, əl-Kisvə bölgəsi yaxınlığında yerləşən İrana məxsus anbara hücum uğurlu olub və partlayış səsləri 15 km aralıqda yerləşən paytaxt Dəməşqdə də eşidilib.


ƏL-Kisvə uzun müddətdir"Sepah" terror təşkilatının nəzarətindədir və İrana bağlı yaraqlılardan bir qrupu burada cəmlənib.


"Əl-Arabiyya" telekanalının yaydığı məlumatda isə hücum nəticəsində İran və Hizbullaha məxsus hərbi mərkəzlərdən birinin məhv edildiyi deyilir.


Hələlik mümkün ölən və yaralananların sayı barədə məlumat verilmir.


Qeyd etmək lazımdır ki, İsrail təqribən son 3 il ərzində İranın Suriya və İraqda yerləşən mövqelərinə qarşı yüzlərlə hücum həyata keçirib. Nəticədə, çoxlu sayda "sepahçı" və onlara bağlı yaraqlılar həlak olub. Rəsmi Tehran bu hücumlara yalnız sözdə təhdid etməklə cavab verib.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed