22.07.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 16-da Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırılaraq həbs edilən milli fəallar dünən 50 milyon tümənlik mülki vəsiqə qarşısında sərbəst buraxılıblar.
Məlumata əsasən, fəallar “milli təhlükəsizliyi pozmaq məqsədilə ictimai rəydə təşviş yaratmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşiblər.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.
Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.
İyulun 16-da Ermənistanın Tehrandakı səfirliyinin qarşısında keçirilən aksiyada Həmid Cabbarlı, Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi saxlanılıblar.
Həmid Cabbarlının Tehranın Evin həbsxanasına göndərildiyi deyilir. Digər saxlanılanlar isə vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıblar.
Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani, Sədullah Sasani saxlanılaraq Təbrizin mərkəzi həbsxanasına göndəriliblər.
Urmiyada tutulan fəallardan isə Şiva Mücərrəd şəhərin mərkəzi zindanında saxlanılır. Fərid Xurşidi və Salar Tahir Əfşardan başqa iyulun 16-da nəzarət altına alınan Səid və Səhənd Behnumun da müvəqqəti azadlığa buraxılıblar.

Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |