22.07.2020 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəal iyulun 22-də səhər saatlarında Təbriz şəhərində ata evində saxlanılıb. Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir məlumat yoxdur.
Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.
Milli fəal “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilmişdi.
İyulun 5-də barəsində çıxarılmış həbs cəzasının müddəti bitdikdən sonra sərbəst buraxılan Piri Təbriz mərkəzi zindanından çıxdıqdan sonra qısa bir video yayaraq “Azərbaycan övladlarını həbsə salmaqla Azərbaycanın haqlarını ört-basdır eləmək olmaz” demişdi.

Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |