Şrift:
İndoneziya Prezidenti koronavirusa qarşı peyvəndin üç ay ərzində hazırlanması barədə göstəriş verib
23.07.2020 [09:16] - Gündəm, Sağlıq
İndoneziya Prezidenti Coko Vidodo yerli mütəxəssislərə koronavirusa qarşı peyvəndin üç ay ərzində hazırlanması barədə göstəriş verib

Bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. Həmin göstərişin elmi dairələrin nümayəndələri ilə keçirilən qapalı görüşdə verildiyi bildirilir.

Peyvəndin hazırlanması ilə məşğul olan Pacajar Universitetinin tibb fakültəsinin professoru Kusnandi Rausmil qəzetə bildirib ki, biz Coko Vidododan peyvəndin üç ay ərzində hazırlanması barədə tapşırıq almışıq. Bununla yanaşı, professor deyib ki, bu sahədə aparılan tədqiqatlar kliniki sınaqların yalnız gələn ilin yanvarında başa çatacağını deməyə imkan yaradır. Alim bildirib ki, hazırda İndoneziyada bu istiqamətdə yerli “Bio Farma” şirkəti ilə Çinin “Sinovac Biotech” farmasevtik şirkətinin birgə layihəsi uğurlu hesab edilir. Avqustdan başlayaraq, həmin dərmanın insanlar üzərində sınaqlarına başlanacaq.

“Bio Farma” şirkətinin rəhbəri Onesti Biyar isə bildirib ki, şirkət ilkin mərhələdə ildə 40 milyon peyvənd hazırlamağı planlaşdırır. Sonradan onun istehsalı 250 milyona çatdırılacaq.

Əlavə olaraq qeyd edək ki, hazırda İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 91 min nəfəri ötüb və onlardan təqribən 4400-ü həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed