23.07.2020 [09:20] - Xəbərlər, Hərb
ABŞ-ın İllinoys ştatının Çikaqo və ətrafyani şəhərlərinin Azərbaycan icmasının üzvləri Skoki şəhərində erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.
Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə Skoki şəhərinin mərkəzində yürüş keçiriblər.
Aksiyada təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib. Aksiya zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |