01.11.2012 [14:21] - Türk dünyası-Turan
Rumeli Balkan Türkləri Federasiyasının başkanı, Azərbaycanın dostu Özcan Pehlivanoğlu Türk dünyasındakı ictimai və siyasi təşkilatlara müraciət edərək 100 il əvvəl Balkan müharibəsi çərçivəsində həmin regionda yaşamış türklərə və müsəlmanlara qarşı törədilən soyqırımı tanıdılmasını tələb etmişdir.
Müraciətində Özcan Pehlivanoğlu göstərir ki, 8 oktyabr 1912-ci ildə başlamış Balkan müharibəsi çərçivəsində Rusiya, Bolqarıstan, Yunanıstan, Serbiya və digər dövlətlər tərəfindən regionda yaşayan 5 milyona qədər türk və müsəlman əhali soyqırıma məruz qalmışdır. Bu soyqırıma indiyə qədər siyasi qiymət verilməmişdir.
Qeyd edək ki, Rumeli Balkan Türkləri Federasiyası Balkanlarda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımın 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirməkdədir.
Şaban Nəsirli

Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |