Şrift:
Şərqi Azərbaycanda COVID-19 qurbanlarının sayında yeni rekord qeydə alınıb
23.07.2020 [09:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Təbriz Tibb Universitetinin rektor müavini Abbasəli Dürüsti məlumat verib. Dürüsti rəqəmləri açıqlamaqdan imtina edib.

Daha öncə Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əyalətdə hər gün orta hesabla 400 yeni koronavirusa yoluxma faktının aşkar edildiyini açıqlamışdı.

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də 663 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.



Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 111 nəfər xəstəxanaya yerləşdirilib, 18 nəfər dünyasını dəyişib.



“İnfeksiyaya yoluxanlardan 163 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə Ağazadə qeyd edib.



Zəncan əyalətində də son 24 saatda daha 25 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 657 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 5 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 260 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 72 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 608 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 77 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə 382 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 56 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.



Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 689 nəfərə çatıb.



Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 310 nəfərə çatdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed