Şrift:
Hakim Mənsurinin cənazəsi 29 səhifəlik hesabatla birlikdə İrana təhvil verilib
23.07.2020 [09:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın "Nur.news" saytı məlumat yayıb.


Bildirilir ki, Rumıniya polisi cəsədlə birlikdə 29 səhifəlik hesabat edib, lakin hələ ki, otelin müşahidə kameralarının çəkdiyi foto və video materialları İran tərəfinə verməkdən imtina edir.


Lakin sabiq hakimin qardaşı onlara cəsədin ölkəyə gətirilməsi ilə bağlı heç bir məlumat verilmədiyini deyib.


Qeyd etmək lazımdır ki, İran Məhkəmə Sistemində yol verilən külli miqdarda korrupsiya faktlarına görə təqsirləndirilən şəxslərdən biri olan Qulamrza Mənsurinin cansız cəsədi iyunun 9-da Rumıniyada yerləşən otellərin birinin həyətində tapılıb. Onun intihar etdiyi iddia edilir.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed