Şrift:
Həmədan əyalətində 70 nəfər yol qəzalarında həyatını itirib
23.07.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Artin Kamalinin verdiyi məlumata görə, cari ilin ilk üç ayında (mart 21-iyun 22) baş verən yol qəzaları nəticəsində 72 nəfər dünyasını dəyişib.





Kamali qeyd edib ki, cari ilin ilk 3 ayında 14 nəfər şəhərlər arası və 57 nəfər şəhərdaxili yollarda baş verən qəzalarda dünyasını dəyişib. Həmin dövrdə bir nəfər də kənd yolunda baş verən nəqliyyat hadisəsində ölüb.





“Qeyd olunan müddətdə Həmədan yollarında baş verən yol qəzalarında 1292 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb,” deyə Kamali əlavə edib.

Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 433 nəfər həyatını itirib, 7 min 389 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed