23.07.2020 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz sakini milli fəal iyulun 22-də səhər saatlarında İranın təhlükəsizlik qüvvələri tərəfindən ata evində saxlanmışdı.
Piri saxlandıqdan sonra Təbrizin İnqilab Məhkəməsinin Hökmləri İcra Edən Şöbəsinə (11-ci şöbə) göndərilib.
Hakim saxlanma qərarının 2019-cu ilin noyabr ayındakı hadisələrdə Piri barəsində çıxarılan həbs hökmü ilə əlaqədar olduğunu bildirərək, milli fəalın həbs cəzasının müddətinin bitdiyinə görə qərarı ləğv edib.
Məhkəmə sisteminin həbs olunaraq cəzasını çəkmiş bir şəxsə yenidən eyni ittihamla tutuqlama qərarı çıxarması qeyr-adi səslənsə də bu barədə açıqlama verilməyib.
Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.
Milli fəal “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilmişdi.
İyulun 5-də barəsində çıxarılmış həbs cəzasının müddəti bitdikdən sonra sərbəst buraxılan Piri Təbriz mərkəzi zindanından çıxdıqdan sonra qısa bir video yayaraq “Azərbaycan övladlarını həbsə salmaqla Azərbaycanın haqlarını ört-basdır eləmək olmaz” demişdi.

Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |