Şrift:
İran XİN: "Son yanğınların kiber hücumla əlaqəsi yoxdur"
23.07.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu gün keçirdiyi mətbuat konfransında İranın müxtəlif infrastrukturlarına qarşı hər gün minlərlə kiber hücumun təşkil edildiyi və onların qarşısının aldığını bildirib.


Sözçünün iddialarına görə, aparılan araşdırmalar nəticəsində kiber hücumların arxasında bir sıra dövlətlərin, xüsusən də Amerika Birləşmiş Ştatlarının dayandığı məlum olub.


Musavi sonda qeyd edib ki, İran bütün bu hücumlara istər kiber məkanda, istərsə də digər döyüş vasitələrindən istifadə edərək cavab verməklə yanaşı, bu hücumların arxasında dayanan dövlətlərin beynəlxalq ictimaiyyət qarşısında cəzalandırılması üçün əlindən gələni edəcək.


Bununla belə, Abbas Musavi Nətənz nüvə təsisatında baş vermiş partlayışın İsrailin dron hücumu ilə əlaqələndirilməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirməyib.


Xatırladaq ki, son həftələr ərzində İranın bir neçə mühüm hərbi və sənaye müəssisəsində, eləcə də Nətənz nüvə təsisatında partlayış və yanğınlar baş verib. Bundan sonra həm ölkə daxilində, həm də xaricdə hücumlarla bağlı müxtəlif versiyalar irəli sürülüb. Bəziləri bunu İsrail dronlarının həmin bölgələrə zərbə endirməsi ilə əlaqələndirsə də, digər qrup hadisələrin kiber hücum nəticəsində baş verdiyi iddiasını irəli sürüb.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed