Şrift:
Tehranda saxlanılan milli fəallar Evin zindanına köçürülüblər
23.07.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəallar iyulun 22-də ailələri ilə əlaqə saxlayaraq Evin təcridxanasının 4-cü korpusunun karantin bölümündə olduqlarını bildiriblər.





Güney azərbaycanlı tədqiqatçı və tərcüməçi, fəlsəfi əsərlərin yazıçısı Mehdi Səlimi də digər milli fəallarla birlikdə təcridxananın 4-cü korpusunun karantin bölümünə köçürülüb.





Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Azərbaycanlı fəalların apelyasiya məhkəməsi 2019-cu il dekabrın 23-də hakim Babayinin sədrliyi ilə keçirilmişdi.





Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.





Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaq”da günahlandırılaraq toplam 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər. Belə ki, Əlirza Fərşi 15 il həbs və 2 il sürgün, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı isə hər biri 10 il həbs və 2 il sürgün cəzası ilə üzləşmişdilər.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed