Şrift:
Rəsmi Vaşinqton: "İranla Çinin müqaviləsini nəzarətdə saxlayırıq"
23.07.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin ABŞ-la Çin arasında rəqabət mövzusuna həsr edilmiş konfransda bu barədə çıxış edib.


Diplomat qeyd edib ki, Dövlət Departamenti hazırda İranla Çin arasında iqtisadi və təhlükəsizlik sahəsindəki tərəfdaşlığı çox diqqətlə nəzarətdə saxlayır.


"Tərəflər arasında bu əməkdaşlığın baş tutması İrana Yaxın Şərq regionunda hərbi ambisiyaları, eləcə də təxribatçı və terror hücumlarını davam etdirməyə imkan yarada bilər", - deyə Stefın Biqan əlavə edib.


Qeyd etmək lazımdır ki, sözügedən əməkdaşlıq müqaviləsinə İran rejiminin bəzi siyasətçiləri də qarşı çıxır, bunu Çindən vassal olaraq asılı olmaq kimi dəyərləndirirlər.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed