Şrift:
İranda daha 221 nəfər koronavirusdan vəfat edib, 2621 nəfər xəstəliyə yoluxub
23.07.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 15 min 074 nəfərə, virusa yoluxanların ümumi sayı isə 284 min 034 nəfərə çatıb.


Sözçünün bildirdiyinə görə, bu günə qədər 247 min 230 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sima Sadat Lari sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3667 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 15 074 nəfərə, yoluxanların sayının 284 034 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyədək “Covid-19” infeksiyasından ölənlərin sayının 76 000 nəfəri keçdiyini, 4 milyon 100 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed