Şrift:
Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 680 nəfəri keçib
24.07.2020 [09:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 319 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 117 nəfər xəstəxanaya yerləşdirilib, 12 nəfər dünyasını dəyişib.





Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 681 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 167 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 47 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 28 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 726 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.





Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 6 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 266 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 97 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 589 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 73 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə 398 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 55 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.





Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə son 24 saatda əyalətdə daha11 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 737 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 318 nəfərə çatdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed