24.07.2020 [09:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 16-da Urmiyada Azərbaycan Respublikasına dəstək aksiyası ərəfəsində həbs edilən milli fəal 50 milyon tümənlik mülki vəsiqə qarşısında sərbəst buraxılıb.
Məlumata əsasən, Şiva Mücərrəd “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.
Urmiyada saxlanılan digər milli fəallar Fərid Xurşidi və Salar Tahir Əfşar da iyulun 21-də 50 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.
Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.
İyulun 16-da Ermənistanın Tehrandakı səfirliyinin qarşısında keçirilən aksiyada Həmid Cabbarlı, Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi saxlanılıblar.
Həmid Cabbarlının Tehranın Evin həbsxanasına göndərildiyi deyilir. Digər saxlanılanlar isə vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıblar.
Təbriz şəhərində isə Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani, Sədullah Sasani saxlanılaraq Təbrizin mərkəzi həbsxanasına göndəriliblər.

Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |