Şrift:
"Mahan Air" Çinə uçuşları yenidən bərpa edir
24.07.2020 [09:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İranın Aviaşirkətlər Assosiasiyasının katibi Maqsud Əsəd Samani uçuşların "Mahan Air" vasitəsilə Tehrandan Quançjou şəhərinə baş tutacağını deyib.


Onun sözlərinə görə, hər kəs Çinə gedə bilməyəcək. Yalnız Çin vətəndaşlığı olanlar, o ölkədə daimi yaşamaq icazəsi olanlar və ya iş və təhsil vizasına sahib şəxslərə Çinə getməyə icazə veriləcək.


Qeyd etmək lazımdır ki, istər ölkə daxilində, istərsə də xaricdə "Mahan Air" koronavirusun İrana yayılmasında ittiham edilir. Belə ki, Çində koronavirusun yayılması və infeksiyanın pandemiya elan edilməsindən sonra da sözügedən aviaşirkət bu ölkəyə uçuşlarını davam etdirirdi. Yalnız daxili təzyiqlərdən sonra İran hökuməti mart ayının sonlarında Çinə uçuşları ləğv etmişdi.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed