Şrift:
Demokratlar seçki platformasına İranda rejimin dəyişilməsini daxil etməyib: "Nüvə razılaşmasına qayıdacağıq"
24.07.2020 [09:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Demokrat Partiyasının mütəxəssisləri və Co Baydenin müşavirləri tərəfindən hazırlanmış 80 səhifədən ibarət sənədin bir hissəsi ABŞ-ın Yaxın Şərq siyasətinə həsr edilib.


Partiya platformada qeyd edib ki, namizədinin qalib gələcəyi təqdirdə, Yaxın Şərqdə sülh və təhlükəsizliyi təmin etmək üçün aparılan müharibələr əvəzinə, demokratiyaya üz tutacaq, habelə İran rejimi kimi, müxtəlif hökumətləri dəyişmək üçün göstərilən təlaşlardan əl çəkəcək.


Eləcə də, bildirilir ki, nüvə razılaşması Tehranın atom bombası əldə etməsinin qarşısını almaq üçün "ən yaxşı yoldur". Bundan başqa, İranın raket proqramı, regionda göstərdiyi fəaliyyətlər və ölkə daxilində yürütdüyü repressiyalar diplomatik danışıqlarla dayandırılmalıdır.


Təqdim edilmiş platforma ABŞ-da yaşayan bir qrup İran rejimi müxalifi olan qruplar ilə yanaşı, İsrailin və republikaçıların tərəfdarlarının ciddi narazılığı ilə qarşılanıb.


Nə Respublikaçılar Partiyası, nə də Donald Tramp hələlik sənədə münasibət bildirməyib.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed