24.07.2020 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qulizadə koronavirusun həbsxanada yayılması səbəbindən iyulun 23-də 30 gün müddətinə evə buraxılıb.
Təbriz sakini olan milli fəal iyunun 1-də 3 aylıq həbs cəzasının icrası üçün Təbriz həbsxanasına getmişdi.
Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Qulizadəni “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.
Qulizadə daha öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.
O, 2019-ci il aprelin 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Fəta (interneti kontrol edən polis) təcridxanasına aparılmışdı. Qulizadə saxlanıldıqdan bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı.
koronavirus xəstəliyindən dolayı İran həbsxanalarında, xüsusilə Təbriz zindanında təhlükəli vəziyyət yaranıb. Bununla əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Əlirza Fərşi, Behnam Şeyxi, Yusif Kari, Həkimə Əhmədi, Kiyanuş Aslani, Həmid Manafı Nadarlı, Səhənd Məali, Həmid Cabbarlı, Rəhim Sasani, Yasəmin Zəfəri, Məqsud Fəzli Çimənzəmin və Sədullah Sasani kimi milli-mədəni fəallara həbsxanalarda təhlükə ilə qarşı-qarşıyadılar.

Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |