Şrift:
Turqut Özalın orqanizmində zəhərli maddə aşkarlanıb
02.11.2012 [11:23] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin “Bugün” qəzeti bugünkü (2 noyabr 2012-ci il tarixli) sayında ölkəni şoka salan məlumat yayıb.

Qəzet Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarı açıldıqdan sonra onun nəşindən götürülən nümunələrin analizi zamanı zəhərlənmə əlamətləri aşkarlandığını bildirib. T. Özalın orqanizmində yüksək miqdarda “strixnin kreatin” adlı zəhərli maddənin aşkarlandığı bildirilir. Bu maddənin T. Özalın yeməyinə və ya içkisinə qarışdırıldığı güman olunur.

Hələlik məsələ ilə bağlı rəsmi orqanlar tərəfindən açıqlama verilməyib.

Xatırladaq ki, Ankara Cümhuriyyət Prokurorluğunun T. Özalın zəhərləndiyi iddiası üzrə apardığı istintaq çərçivəsində oktyabrın 2-də eks-prezidentin məzarı açılmış və onun meyitindən analiz üçün nümunələr götürülmüşdü.
Bu xəbər oxucular tərəfindən 1289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed