24.07.2020 [09:44] - Xəbərlər, Hərb
İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar Fondunda (FESEI) Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərinə həsr olunmuş seminar keçirilib.
Seminarda Azərbaycanın səfiri Anar Məhərrəmov çıxış edərək dövlətimizin Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasətinin prioritetlərinin təmin olunması məqsədilə uğurlu addımlar atıldığını bildirib. Qeyd edib ki, Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurub.
Bildirilib ki, koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə önəmli tədbir baş tutub. Belə ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv-dövlətləri üçün maliyyə dəstəyinin ayrılması ölkəmizin regional və qlobal miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olmasının təzahürüdür.
Xüsusi olaraq vurğulanıb ki, Qoşulmama Hərəkatının sədri qismində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb, dünyanın 130-dan çox ölkəsi sözügedən təklifə tam dəstəyini ifadə edib.
İspaniyanın da pandemiyadan əziyyət çəkən ölkələrdən biri olduğunu bildirən səfir A.Məhərrəmov, Azərbaycanın dost ispan xalqına bu çətin günlərdə dəstək nümayiş etdirdiyini, bunun bariz nümunəsi kimi cari ilin aprel ayında Heydər Əliyev Mərkəzinin binası üzərində COVID-19 pandemiyası ilə mübarizədə həmrəyliyin rəmzi kimi İspaniya bayrağının ispan musiqisinin sədaları altında videoproyeksiya olunduğunu diqqətə çatdırıb.
Bütün dünyanın pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirdiyi bir vaxtda, Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək, növbəti hərbi təcavüz aktı törədiblər. Hərbi təcavüz zamanı Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlər məqsədyönlü şəkildə hədəfə alınıb, nəticədə 76 yaşlı azərbaycanlı mülki sakin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açılaraq, onlara güclü xəsarət yetirilib. Ermənistanın bu təxribatı beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, BMT Nizamnaməsinin, həmçinin beynəlxalq humanitar hüquq normalarının, müvafiq Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması deməkdir.
Qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət həyata keçirməklə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozmaqda davam edir.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilməyib.
Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır. Bu kimi cinayət əməllərini törətməklə Ermənistan tərəfi ictimaiyyətin diqqətini ölkə daxilindəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq məqsədi güdür.
Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib.
Çıxışdan sonra seminarda iştirak edən müəllim və tələbələrin mövzu ilə bağlı müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, seminara İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar Fondunun sosial şəbəkələrdəki səhifələrindən də izləyicilər canlı olaraq qoşulublar.

Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |