Şrift:
Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı iki qat artıb
24.07.2020 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin direktoru Əli Səfayifərdin bildirdiyinə görə, əyalətdə iş qəzalarında ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.





O əlavə edib ki, ölənlərdən 10 nəfər yüksəklikdən yıxılaraq, 4 nəfər sərt kütlənin zərbəsi nəticəsində, 3 nəfər elektrik vurması, 1 nəfər boğularaq, 1 nəfər isə yanğın səbəbilə həyatlarını itirib.





Ölənlərin hamısının kişi olduğunu bildirən Səfayifərd həmçinin qeyd ki, bu müddətdə iş qəzalarında xəsarət alan 268 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət edib.





O həmçinin bildirib ki, Xordad (mayın 20-dən iyunun 21-dək) ayında baş vermiş iş qəzaları nəticəsində 10 işçi dünyasını dəyişib. Bu rəqəm keçən ilin müvafiq dövründə 5 nəfər olub.

Həmin ayda iş qəzalarında xəsarət alan 121 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət edib.





Şərqi Azərbaycan əyalətində keçən il (mart 20, 2019-2020) baş vermiş iş qəzaları nəticəsində 96 işçi canını itirib. Bu rəqəm öncəki ilə müqayisədə 32 faiz artım göstərir.





İran iş təhlükəsizliyi standartlarına görə, dünyada işçilərin ən çox ölüm riski ilə üzləşdiyi ölkələr arasındadır.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed