Şrift:
Azərbaycana dəstək aksiyasında həbs olunan milli fəal Sədullah Sasaninin son vəziyyəti
24.07.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Sasani iyulun 23-də təcridxananın karantin korpusundan 15-ci korpusa aparılıb.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.





Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.





Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı tutulan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani və Sədullah Sasani koronavirus xəstəliyindən dolayı Təbriz zindanında təhlükəli vəziyyət yaranmasına baxmayaraq hazırda bu həbsxanada saxlanılırlar.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed