Şrift:
İran təhlükəsizlik qüvvələri həbs olunmuş milli fəalın evinə hücum edib
24.07.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, təhlükəsizlik qüvvələri iyulun 23-də evə hücum edib axtarış apardıqdan sonra, milli fəalın şəxsi əşyaları müsadirə ediblər.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.





Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.





Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı tutulan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani və Sədullah Sasani koronavirus xəstəliyindən dolayı Təbriz zindanında təhlükəli vəziyyət yaranmasına baxmayaraq hazırda bu həbsxanada saxlanılırlar.





Milli fəalların saxlanılmasından bir həftə keçməsinə baxmayaraq onların nədə günahlandırıldığı və məhkəmə işlərinin hansı mərhələdə olduğu barədə ailələrinə heç bir məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed