25.07.2020 [08:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “MQ qısa zamanda əməli bir iş görməyəcəksə, kənara çəkilməlidir”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir.
H.Hacıyev bildirib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir: "Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və azərbaycanlı qaçqınların evlərinə qayıtmasını təmin etmək məqsədilə biz həmsədrlərdən əsaslı danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı konkret planlar, konkret təkliflər gözləyirik".
PA rəsmisi qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüradır:
"Biz bunu təcavüz aktı, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk.
Regional sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyi münaqişənin həll edilməmiş olmasıdır. Və son vəziyyətin kəskinləşməsi bir daha göstərdi ki, erməni tərəfi bölgədəki vəziyyəti gərginləşdirmək, təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi boyunca gərginlik və eskalasiya yaratmaq üçün həmişə belə hərbi avantüralardan istifadə edir".
Göründüyü kimi, Azərbaycan rəsmisi ATƏT Minsk Qrupu formatından konkret təkliflər gözlədiyini bildirib. Bundan əvvəl ölkə başçısı da ATƏT-in Minsk Qrupu formatının münaqişənin həllinə heç bir töhfə vermədiyini bildirib. Belə olan təqdirdə, deyilən formatdan nəsə gözləməyə dəyərmi və hər hansı irəliləyiş olmasa Minsk Qrupunun lazımsız bir quruma çevrilmə ehtimalı necədir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq bizim cəmiyyətdə həmin quruma inam qalmayıb:“Hətta belə fikir var ki, onlar bu formatın adı ilə vaxt keçirib, pul qazanmaqla məşğul olurlar. Artıq məsələ bu yerə gəlib çatıb ki, deyirlər tərəflər razılığa gəlsinlər biz də məsələyə baxaq. Tərəflərin özü razılığa gələcəksə, onda siz nəyə lazımsınız? Məsələni uzadıb, güya yeni bir resept axtarışı bəhanəsilə mövzunu uzatmağa dəyməz. BMT-nin qəbul etdiyi 4 qətnamədə bütün çərçivələr göstərilib. Son zamanlar bütün beynəlxalq qurumların qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı olduğu göstərilir. MQ-dan çox sadə bir yanaşma tələb olunur. Onlar Ermənisrtanı məcbur etməlidirlər ki, BMT-nin qəbul etdiyi qətnamələrə əməl etsin. Bu format hər dəfə gərginlik yarananda gəlib yalnız tərəfləri sülhə çağıracaqsa, ondan yeni nəsə gözləməyə dəyməz. Belə çıxır ki, MQ indiki status-kvonu saxlamaqdan başqa hansısa məqsədi güdmür. 2012-ci ildə İrəvanda keçirilən bir görüşdə mən ATƏT-in məşvərətçi bir quruma çevrilməsinin zərurilyini təklif etdim və barışdırıcı missiyyanın AB-yə verilməsini təklif etdim. Buna ən ciddi etiraz edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan oldu. Bildirdi ki, onlara başqa format lazım deyil. Artıq cəmiyyətimiz və dövlətimiz hiss edir ki, bu qurum mövcud satus-kvonu əbədiləşdirmək üçün qurulub. Amma son dönəmdə onlar Azərbaycan cəmiyyətinin dövlətinin və ordusunun ətrafında daha çox səfərbər olduğunu hiss edirlər. Hikmət Hacıyev məsələni çox doğru qoyub. Bu məsələdə bizimlə dövlətin arasında heç bir fikir ayrılığı yoxdur”.
Fərəc Quliyev hesab edir ki, MQ qısa zamanda əməli bir iş görməyəcəksə, kənara çəkilməlidir:“Topraqlarımızı azad etmək üçün çox münbit şərait yaranıb. Azərbaycanın diasporu, siyasi institutları bu məslədə dövlətlə eyni mövqeni bölüşür. Belə vəziyyətdə MQ-dən konkret nəticə tələb etməliyik. Ciddi addım olmayacaqsa, torpaqlarımızı ordunun gücü ilə işğaldan azad etməliyik. Biz partiya olaraq dövlətin adından verilən bu çağırışı dəstəkləyirik və bütün cəmiyyəti də bu mövqeni ifadə etməyə çağırırıq”.
ATƏT Minsk Qrupunun mövzunu uzatmağa elə bir bəhanəsi qalmayıb. Artıq onlar iki real seçimdən birini etməlidir: konkret iş və ya fəaliyyətdən əl çəkmək.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |