Şrift:
Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
25.07.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayinin verdiyi məlumata əsasən, hazırda əyalətdə 420 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 57 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Rzayi son 24 saatda əyalətdə daha 14 nəfərin koronavirusdan öldüyünü bildirib.





Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində isə dünən verilən məlumata görə 630 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 319 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 681 nəfərə çatdığını bildirib.





Zəncan əyalətində də son 24 saatda daha 23 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 802 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 8 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 274 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 120 nəfərinin tam sağaldığını bildirib.





Qızılbaş həmçinin qeyd edib ki, hazırda 566 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Həmədan, Qəzvin və Şərqi Azərbaycan səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni məlumat verməyib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed