Şrift:
Ruhani: "Məhərrəm əzadarlığı koronavirusun kəskin yayıldığı bölgələrdə də keçirilməlidir"
25.07.2020 [15:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu sözləri bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclasında deyib.


"Aşura məktəbi"nin "düşmən" qarşısında müqavimət simvolu olduğunu iddia edən Ruhani həmçinin dini mərasimlərin koronavirusa yoluxmanı artırmadığını deyib.


Bununla belə, İran Prezidenti sonda insanları keçiriləcək dini rituallar zamanı tibbi tövsiyələrə əməl etməyə və mərasimlərin açıq havada təşkil etməyə çağırıb.


Qeyd etmək lazımdır ki, İrandan koronavirusun yayılmasının 1-ci dalğası zamanı ölkə siyasətçiləri kütləvi toplaşma şəklində icra edilən dini mərasimlərin infeksiyanın daha da yayılmasına səbəb olduğunu bildirirdilər. Bu səbəbdən ölkənin demək olar ki, bütün ibadət mərkəzləri bir müddətlik qapadılmışdı.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed