Şrift:
İşğalçı Ermənistanın İrandakı səfiri Təbrizə səfər edib
25.07.2020 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ermənistanın Tehrandakı səfirliyinə istinadən erməni saytları məlumat yayıb.


Güney Azərbaycan mənbələrinin bildirdiyinə görə, Artaşes Tumanyanın Şərqi Azərbaycana səfəri, işğalçı rejimin Tovuz istiqamətindən Azərbaycan Respublikası ərazilərinə qarşı hərbi hücumundan və erməni hücumuna qarşı etiraz əlaməti olaraq, Güney Azərbaycan şəhərlərində baş verən aksiyalarda onlarla dinc fəalın həbs olunmasının ardınca rəsmi Tehranın yaşıl işığı ilə baş tutub.


Bildirilir ki, Ermənistan səfiri Təbrizə səfərində İranla Ermənistan arasında olan Nurduz və Meqri sərhəd keçid məntəqələrinə baxış keçirib, hər iki ölkə vətəndaşlarına və iş adamlarına göstərilən xidmətlə yaxından tanış olub.


Qeyd edilir ki, Ermənistan səfiri həmçinin Şərqi Azərbaycan rəsmiləri ilə görüşərək, bölgədə koronavirus pandemiyasının yayılması səbəbilə ortaya çıxan problemlərlə maraqlanıb, İranla Ermənistan arasında informasiya mübadiləsi, iqtisadi və səhər xidməti sahəsində birgə əməkdaşlığın genişləndirilməsi xüsusunda danışıqlar aparıb.


Erməni saytlarının Ermənistanın Tehrandakı səfirliyinə istinadən yaydığı xəbərə görə, Artaşüs Tumanyan Təbrizə səfərində Ermənilərin Güney Azərbaycandakı dini lideri yepiskop Qriqor Çiftçiyanla da görüşüb. Bildirilir ki, görüşdə, hər iki ölkədə və regionda yayılan koronavirusla bağlı son vəziyyət və onunla bağlı meydana çıxan problemlər barədə danışıqlar aparılıb.


Güney Azərbaycan mənbələrinin bildirdiyinə görə, Təbrizdə, Urmiyada və Tehranda işğalçı rejimin Azərbaycana qarşı son hərbi təcavüzü əleyhinə keçirilən aksiyalarda onlarla fəalın həbs olunması ilə eyni vaxta düşən Artaşes Tumanyanın Təbrizə səfəri, rəsmi Tehranın açıq-aşkar erməniləri dəstəkləməsindən və İranda yaşayan milyonlarla azərbaycanlıya qarşı açıq düşmənçiliyindən xəbər verir.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed