Şrift:
Şərqi Azərbaycan əyalətində baş verən yol qəzalarında 13 nəfər yaralanıb, 1 nəfər həyatını itirib
25.07.2020 [15:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın Təcili Təbbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya iyulun 24-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, ilk yol qəzası Heris-Təbriz magistral yolundakı Toyğun istiqamətində baş verib: “Üç avtomobilin bir-biri ilə toqquşması 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub. Yaralılar Təbrizin “Sina”, “İmam Əli” və “İmam Rza” xəstəxanalarına yerləşdirilib.


İkinci yol qəzası Azərşəhr-Təbriz yolunda, Sərdəri istiqamətində baş verib. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər yerindəcə keçinib, 1 nəfər ağır yaralanaraq Taliqani xəstəxanasına çatdırılıb.


Həmçinin daha bir yol qəzası da Culfada, Hadişəhr üçyolunun yaxınlığında baş verib. İki avtomobilin bir-biri ilə toqquşması 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almasına yol açıb. Yaralılar Culfanın təcili tibbi yardım maşını ilə Hadişəhr xəstəxanasına yerləşdirilib” -deyə, Şərqi Azərbaycan Təcili Təbbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya bəyan edib.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed