26.07.2020 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Həmədan Tibb Universitetinin rektoru Rəşid Heydəri Müqəddəm iyulun 25-də məlumat yayıb.
O deyib ki, ölkədə pandemiya yoluxucu xəstəliyi yayılmağa başladığı vaxtdan indiyə qədər Həmədanın müxtəlif şəhər və bölgələrində 2817 nəfər “Covid-19” infeksiyasına yoluxub: “Hazırda əyalətin Həmədan, Nəhavənd, Tuyserkan, Kəbudər Ahəng və Məlayer şəhərləri koronavirusun yayılması baxımından qırmızı vəziyyətdədirlər.
Təəssüflər olsun ki, Həmədan sakinlərinin “Covid-19” infeksiyasına yoluxmasının əsas səbəbi, ailələr arasında verilən qonaqlıqlar və keçirilən yığıncaqlar, insnların toy və yas mərasimlərinə qatılması və gigiyena qaydalarfına riayət etməməsidir.
Hazırda əyalət sakinlərinin yalnız 75%-i maska taxır. Bu isə kifayət etmir. Hesab edirik ki, əgər koronavirusun yayılmasının qarşısını almaq istəyiriksə, maska taxanların sayı 100 %-ə yüksəlməlidir.
Bir daha bildiririk ki, koronavirusun yayılmasına səbəb olan toy və yas mərasimlərinin keçirilməsi qadağandır. Lakin məhərrəmlikdə əzadarlıqların keçirilməsi məsələsi başqadır. Belə ki, məhərrəmliklə bağlı əzadarlıqlar və mərasimlər, İran Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl olunmaq və səhiyyə məsələləri ilə bağlı bir sıra protokollara riayət edilmək şərti ilə keçirilə bilər” -deyə, Həmədan Tibb Universitetinin rektoru Rəşid Heydəri Müqəddəm bildirib.

Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |