Şrift:
Koronavirusla əlaqədar reanimasiyada müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb
27.07.2020 [09:37] - Gündəm, Sağlıq
Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 314 nəfərdir. İyulun 25-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 313 nəfər idi.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Həmçinin bildirilib ki, süni tənəffüs cihazına qoşulan xəstələrin sayında azalma var. Belə ki, reanimasiya şöbəsində müalicə alan xəstələrdən 70 nəfəri süni tənəffüs cihazına qoşulub. İyulun 25-də isə bu say 76-ya bərabər idi.

Qeyd edək ki, hazırda ölkəmizdə 6 min 949 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed