Şrift:
İran həbsxanasında doqquz qadın aclıq elan edib
02.11.2012 [12:17] - Güney Azərbaycan xəbərləri
Tehranın Evin həbsxanasında saxlanan doqquz siyasi məhbus qadın aclıq elan edib.Bu barədə "Kalemeh" saytı xəbər verib.

Aclıq həbsxana nəzarətçiləri tərəfindən keçirilən fiziki baxışa etiraz olaraq keçirilir. Aksiyanın iştirakçıları həbsxana hakimiyyətinin onların "təhqir" kimi qiymətləndirdikləri belə yoxlanışları ləğv etməsini və üzr istəməsini tələb edirlər.

İnsan haqları üzrə vəkil Nəsrin Sotudeh də həbsxanalarda siyasi fəalların saxlanma şəraitinə etiraz olaraq aclıq elan edib.

İranın məhkəmə sisteminin rəhbəri ayətulla Sadiq Laricani bir müddət əvvəl bəyan edib ki, İran həbsxanalarında vəziyyət insan haqları ilə bağlı vəziyyətin yaxşı olduğu deyilən bir çox ölkələrdəkindən daha yaxşıdır.
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed