Şrift:
Şərqi Azərbaycanda koronavirus: 120 xəstə süni tənəffüs aparatı növbəsində
27.07.2020 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.





“Vəziyyəti ağır olan 120 xəstə hazırda ventilyasiya (süni tənəffüs) aparatı növbəsində gözləyir,” deyə Somi qeyd edib.

O həmçinin, ventilyasiya aparatına bağlanan koronavirus xəstələrinin yaşama şansının 50 faiz olduğunu bildirib.





Tibb Universitetinin rektoru Şərqi Azərbaycanda hər gün orta hesabla 150 yeni koronavirusa yoluxma halının aşkar edildiyini deyib. Xəstəxanalarda çarpayıların 80 faizinin dolu olduğunu bildirən Somi vəziyyət təsəvvür olunandan daha təhlükəli hala gəldiyini vurğulayıb.





Rəsmi Şərqi Azərbaycanda hər gün 12 nəfərin koronavirusdan öldüyünü qeyd edib.





Əyalətdə COVID-19 virusuna yoluxanların ümumi sayı 24 min nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 980 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed