27.07.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində Covid-19 infeksiyasına 2434 yeni yoluxma faktı qeydə alınıb. Bununla da, ölkədə indiyədək virusa yoluxmuş şəxslərin ümumi sayı 293 606 nəfərə yüksəlib.
Sözçünün dediklərinə əsasən, bu günə qədər xəstələrdən 255 144 nəfəri tam sağalaraq evə buraxılıb. Hazırda isə vəziyyəti ağır olan 3819 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Sadat Lari həmçinin bildirib ki, indiyədək ölkədə 2 milyon 353 min 532 koronavirus testi həyata keçirilib.
Sözçü sonda qeyd edib ki, keçən günlərdə olduğu kimi, hazırda da Gülüstan, Mazandaran, Fars, Qərbi və Şərqi Azərbaycan, Rəzəvi Xorasanı, Əlbürz, Xuzistan, Loristan, Kirman və Zəncan əyalətlərində koronavirusun yayılması qırmızı həddədir.
Ərdəbil, Tehran, İsfahan, Buşehr, Hörmüzqan, Qəzvin, Mərkəzi, Şimali və Cənubi Xorasan, Həmədan, Simnan, Sistan və Bəlucistan, eləcə də Kohgiluyə və Boyer-Əhməd əyalətləri epidomoloji vəziyyət baxımından xəbərdarlıq dərəcəsindədirlər.

Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |