02.11.2012 [13:10] - Gündəm, Müsahibə
Əkbər Qoşalı: “Azərbaycan türkçəsinin qorunması elə ortaq türkçəyə xidmətdir”
Bu il may ayının 23-də dövlət başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Hazırda dili qorunması və inkişaf etdirilməsi yönündə cəmiyyətdə müzakirələrin getdiyi bir vaxtda bu səvəncam hansı nəticələri ortaya qoya bilər? Mövzu ilə bağlı suallarımızı Dünya Gənc Yazarlar Birliyinin sədri, yazıçı-publisist Əkbər Qoşalı cavablandırır.
- Əkbər bəy, bu il may ayının 23-də dövlət başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sizcə, bu sərəncam hansı zərurətdən doğub?
- Prezidentin Sərəncamının giriş bölümündə - preambulasında bu sənədi doğuran səbəblər ətraflı şəkildə qeyd olunub. Məsələn, Sərəncamda haqlı olaraq qeyd olunur ki, “...son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkan¬larından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.”
Hesab edirəm, bu fikirlər də Sərəncamın mahiyyətini, məsələnin ciddiliyini anlatmaq üçün yetərlidir. Bu sənəd alqışa layiqdi, orada qaldırılan problemin, sənəddən irəli gələn görəvlərin sorumluluğunu da da yalnız Nazirlər Kabineti, digər dövlət orqanları deyil, dövlət dilində danışan hər kəs daşıyır. Hər kəs heç olmazsa öz nitqini, yazısını, başçılıq etdiyi kollektivdəki “dil mühiti”ni qaydaya salmağa çalışsa bu özü də bir xidmət olardı... Anadolulu qardaşlarımız demiş, “Ən vətənpərvər adam öz işini yaxşı görən adamdı”... Hər birimiz qara qələmimizin ucundan ağ vərəqə axan sözlərin, bilgisayarımızın düymələrinə döyəcləyərək ekrana daşıdığımız cümlələrin sorumluluğunun fərqində olsaq, imkanlı şəxslər açdıqları obyektlərin adına fikir versələr... hər birimiz öz planımızda vətənpərvərlik, dilpərvərlik etmiş olarıq.
- Qloballaşma və texnologiyanın inkişafı ilə bağlı dilimizə yeni sözlər gəlir. Sizcə, bu sözlər əcnəbi dildə olduğu kimi işlədilməlidir, yoxsa milli sözlərlə anlamlandırılmalıdır?
- Hər iki variant mümkündür. Baxır, o sözü hansı dildən almışıq və bizim dilin qayda-qanununa nə qədər uyarlıdır. Mənim yetkim olsa, mümkün olduğu qədər öztürkcəyə üstünlük verərdim, ancaq sınırı da aşmazdım – unutmamalıyıq ki, məhsulun adını onu yaradan verir... Bu da başqa söhbətin konusudu, buna da darılmaq lazım deyil, nə zamansa Doğu dünyaya fiziki və əqli məhsul verirdi, indi də Batı... Örkən yenə doğanaqdan keçər yəqin...
- KİV-də dövlət dilinin durumu necədir və hansı addımları zəruri sayırsınız bu sahədə?
- KİV də özlüyündə toplumumuzun nəynən nəfəs aldığını göstərən bir vasitədir. Toplumumuzun ümumi problemləri KİV-ə yansıyır, KİV-lərlə tirajlanır. Televiziyalarda, radiolarda da, qəzet və dərgilərimizdə də, gələnəyi olanlar dilin qayda-qanunlarına daha yaxşı, daha çox fikir verirlər, nəinki gənc təsisatlarımız, özəl qurumlarımız. Bunun səbəblərini maliyyə ilə, təcrübə ilə, kadr sıxıntısı ilə... yorumlamaq olar, bəlkə ancaq heç bir yorumu haqlı saymazdım. Çünki söhbət dildən gedir – dövlət dilindən, doğma dildən..!
-Azərbaycan türkcəsinin qorunması təşəbbüsləri ilə yanaşı digər bir prosesin – ortaq türk dili yaradılması prosesinin mərkəzindəyik. Bu iki prosesi necə uzlaşdırmaq, bir arada tutmaq lazımdır?
-Azərbaycan türkcəsinin gərəyincə öz əsl kökləri üstündə qorunması elə ortaq türkcəyə xidmətdir. Ortaq türk dili, ortaq türk əlifbası, inşallah zamanla gerçəklik olacaq – bütün türk dövlətləri eyni əlifbada yazacaq, eyni dili paylaşacaqlar – anlaşacaqlar. Bu ağır gedən prosesdi, amma qarşısıalınmaz prosesdi... Son illər yaradılan – türk ortaqlığına xidmət edən qurum və quruluşlar, yapılanmalar prosesin geridönüşü olmamasının göstəricisidir.
Aydın

Bu xəbər oxucular tərəfindən 1550 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |