Şrift:
Zəncanda yol qəzası baş verib
28.07.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan əyalətinin yol polisi rəis müavini polkovnik Məhəmməd Əli Əzimi mediaya açıqlamasında məlumat verib. Hadisə Zəncan əyalətinin Təbriz - Zəncan magistralında baş verib.





Məlumata görə, hadisədə “Volvo” markalı yük maşını TIR ilə toqquşub. Qəza zamanı yük maşının sürücüsü dünyasını dəyişib.





Zəncan əyalətində cari ilin (hicri-şəmsi təqvimi ilə martın 21-dən etibarən) 3-cü ayında baş verən yol qəzalarının sayı 208 faiz artıb. Həmin ay ərzində (mayın 21-dən iyunun 21-dək) Zəncan əyalətində 37 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed