Şrift:
Tehran Prokurorluğu Nəsrin Sütudənin bank hesablarını dondurub
28.07.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan onun həyat yoldaşı Rza Xəndan xanım Sütudənin hesablarının bloklanmasının səbəbinin ona məlum olmadığını deyib.


O bildirib ki, məsələ ilə əlaqədar Nəsrin Sütudənin vəkili ilə birlikdə Pasarqad bankının hüquq şöbəsi, Evin həbsxanası və Tehran Prokurorluğuna etdiyi müraciətlərə heç bir cavab verilməyib.


Rza Xəndan bu qeyri-insani addımın iqtisadiyyatın çökdüyü bir vaxtda ailəsinə daha çox təzyiq göstərmək üçün atıldığını deyib.


Xatırladaq ki, insan haqları fəalı Nəsrin Sütudə bir sıra saxta siyasi, təhlükəsizlik və şəri ittihamlarla ümumilikdə 33 il həbs və 148 şallaq zərbəsinə məhkum edilib. İranın Cinayət Məcəlləsinə əsasən, o, 12 ildən tez azadlığa çıxa bilməyəcək.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed