Şrift:
Estoniya ABŞ-dan 92 tank əleyhinə raket alıb
29.07.2020 [09:37] - Gündəm, Hərb
Estoniya ordusunun müdafiə qabiliyyətini yüksəltmək məqsədilə ABŞ bu ölkəyə “Jevelin” tipli 92 tank əleyhinə raket göndərib.

“ETV” kanalının məlumatına əsasən, raketlərə görə ABŞ-a ödəniş Estoniyanın müdafiə qabiliyyətini yüksəltməyi hədəfləyən Avropa Komandanlığı proqramı çərçivəsində edilib. Bir raketin qiyməti təxminən 150 min avro, ümumi tədarük qiyməti isə təxminən 14 milyon avro təşkil edir.

ABŞ istehsalı olan, daşınabilən “FGM-148 Javelin” tank əleyhinə raketlər ABŞ ordusunda “M47 Dragon” tank əleyhinə raketləri əvəz etmək məqsədilə istehsal olunub.

Məftillər vasitəsi ilə idarə olunan, operatordan döyüş boyunca silahı fəal şəkildə hədəfə tuşlamasını tələb edən “Dragon” raketlərindən fərqli olaraq infraqırmızı tuşlama başlığına malik “Jevelin” operatora raketi buraxdıqdan sonra səngərə çəkilməyə və ya mövqeyini dəyişməyə imkan verir.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed