Şrift:
Silah taciri İrana raket satdığını etiraf edib
02.11.2012 [15:21] - Gündəm, Hüquq
ABŞ-a ekstradisiya edilmiş Kristofer Tappin məhkəmə qarşısına çıxarılıb.

Kristofer məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşıb və etiraf edib ki, o, həqiqətən də İrana raket hissələri satıb. Bu barədə Qərb mətbuatı xəbər yayıb.

Qeyd edək ki, Tappin ABŞ-a ötən il ekstradisiya edilib. Amerika britaniyalı silah tacirini 50-dən artıq raket akkumulyatoru satmaqda günahlandırırdı. O, satışı Amsterdam üzərindən həyata keçirirmiş.
Bu xəbər oxucular tərəfindən 1541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed