29.07.2020 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xanım Pirinin maaşını ödəməkdən imtina edən zavodun müdiri onu “problem” yaratmaqla hədələyib:
“Zavodun müdiri cənab İsmayılı mənə problem yarada biləcəyini dedi. O həmçinin məni təhdid edərək bildirdi ki, nəyinki pulumu ödəməyəcək, həm də bunu siyasi məhbusun xanımı olduğum üçün və zavodda siyasi fəaliyyət göstərdiyimə görə etdiyini açıqlayacaq”.
Lətif Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında məhkum edildiyi 9 illik həbs cəzasını çəkməkdədir.
Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Toplam olaraq hər biri 9 il həbsə məhkum edilən azərbaycanlı fəallardan hazırda təkcə Lətif Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb.
Bu günə qədər siyasi məhbuslara aid olan bütün qanuni hüquqlarından məhrum edilən Həsəni 8 ildir ki, zindanda saxlanılır və məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.
Lətif Həsəni Güney Azərbaycanın Xalxal şəhərində doğulub. O beynəlxalq hüquq üzrə Bakı Dövlət Universitetinin məzunudur.

Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |