Şrift:
Kelly Craft: “İranın husilərə silah göndərməsi yalnız münaqişənin uzadılmasına səbəb olur”
29.07.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, məsələ ilə bağlı paylaşdığı statusda bildirib ki, İran regionda baş verən münaqişələrin əsas səbəbkarlarından biridir: “Bir ay əvvəl ABŞ və müttəfiqləri Yəmən sahillərində husilərə İran silahlarını daşıyan bir gəmini saxladılar.


Saxlanılan gəmidə İranda istehsal edilmiş üfənglər, yer-göy raketləri, tank əleyhinə raketlər və digər inkişaf etmiş silahlar aşkarlanaraq götürülüb. İranın husiləri silahlandırmaq səyləri və onlara silah-sursat göndərməsi yalnız münaqişənin uzadılmasına səbəb olur. Bu isə yolverilməzdir” –deyə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelly Craft “Twitter” səhifəsində yaydığı yazısında bəyan edib.


Qeyd edək ki, Amerikanın BMT-dəki daimi nümayəndəsinin “Twitter”də paylaşdığı yazıda məsələyə münasibət bildirməsi, rəsmi Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının İrana silah-sursat satışına qoyduğu qadağanı ləğv etməsinə mane olmaq üçün apardığı diplomatik fəaliyyətləri ilə eyni vaxta düşüb.


BMT Təhlükəsizlik Şurasının İrana silah-sursat satışına qoyduğu qadağanın müddəti bu ilin oktyabr ayında başa çatır.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed