Şrift:
Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri tibbi avadanlıqların çatışmazlığı ilə bağlı sözünü geri götürüb
29.07.2020 [14:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhəmməd Hüseyn Somi bəzi media vasitələrinin onun sözlərindən “istifadə” etdiyini deyərək əyalət xəstəxanalarında koronavirus xəstələrinin sayı qədər ventilyasiya aparatının mövcud olduğunu iddia edib.





Somi iyulun 26-da Şərqi Azərbaycanda vəziyyəti ağır olan 120 xəstənin ventilyasiya aparatı növbəsində gözlədiyini açıqlamışdı.





Azərbaycanda fəaliyyət göstərən yerli səhiyyə xidməti rəsmiləri dəfələrlə açıqlamalarına görə hökumət tərəfindən təzyiqlərə məruz qalıblar.

Aprel ayında Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri doktor Qüdrət Əxəvan Əkbəri və Ərdəbil “İmam” xəstəxanasının direktoru doktor İsmayıl Fərzanə pandemiya ilə bağlı verdikləri açıqlamalara görə işdən çıxarıldılar.





Qeyd edək ki, azərbaycanlılar tibbi imkanların çatışmazlığından əziyyət çəkdiyi halda İran hökuməti Azərbaycanın səhiyyə sahəsi üçün lazımı büdcəni ayırmır.





Daha öncə Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi.

Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed