29.07.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Fox news" telekanalının jurnalisti Lukas Tomlinson "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, "Sepah"ın dünən başlayan hərbi dəniz təlimləri zamanı ABŞ hərbçilərinin sözügedən 2 ölkədə mənzilləndiyi bazaların yaxınlığına doğru 3 raket buraxılıb. Bundan sonra qüvvələrə döyüş vəziyyətinə gəlmək əmri verilib.
Adı açıqlanmayan ABŞ rəsmilərindən biri də kanala bildirib ki, raketlər Qətərdə "əl-Üdeyd", BƏƏ-də isə "əl-Zəfrə" hərbi hava bazalarına çox yaxın sulara düşüb.
"CNN"-in hərbi məsələlər üzrə jurnalisti Barbara Star isə "Twitter"də qeyd edib ki, İranın "əl-Üdeyd" və "əl-Zəfrə" istiqamətlərində atdığı raketlərin bazalara doğru gəldiyinə dair məlumat əldə edildikdən sonra ABŞ qüvvələri döyüş vəziyyətinə gətirilərək bir müddətlik raket hücumundan qorunmaq üçün sığınacaqlara yerləşdiriliblər.
Qeyd etmək lazımdır ki, İranın Hərbi Dəniz Qüvvələri və "Sepah" terror təşkilatı dünəndən etibarən "Pəyambəre-Əzəm 14" adlı hərbi təlimlərin son mərhələsini icra etməyə başlayıb. 2 gün davam etməsi planlaşdırılan manevrlərin bu gün sona çatacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |