Şrift:
İranda daha 196 nəfər koronavirusdan ölüb, 2636 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
29.07.2020 [14:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 29-da bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 16 343 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 298 909 nəfərə çatıb.


Sima Sadat Larinin bildirdiyinə görə, indiyədək 259 116 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4027 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 16 343 nəfərə, yoluxanların sayının 298 909 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 79 600 nəfəri keçdiyini, 5 milyon 100 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed