30.07.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 16-da Təbriz şəhərində Azərbaycan Respublikasına dəstək aksiyası ərəfəsində həbs edilən milli fəallar Rəhim və Sədullah Sasani neçə gün əvvəl “Sepah”ın Kəşfiyyat İdarəsinin təcridxanasına aparılmışdılar.
Məlumata əsasən, milli fəallar orada işgəncəyə məruz qalıblar. Sədullah Sasani və Rəhim Sasani əmioğludurlar.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.
Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.
Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı saxlanılan Yasəmin Zəfəri, Həkimə Əhmədi və Məqsud Fəzli Çimənzəmin barəsində də dəqiq məlumat verilmir. Təbrizin milli fəalları onların “Sepah”ın həbsxanasına köçürüldüyünü təxmin edirlər.

Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |